Ramil Usubov general oğlunu polis bölməsinə rəis təyin edib

Ramil Usubov general oğlunu polis bölməsinə rəis təyin edib Qaradağ RPİ-nin 38-ci PB-nin rəisi vəzifəsindən azad edilib
Hadisə
16 Mart , 2017 12:14
Ramil Usubov general oğlunu polis bölməsinə rəis təyin edib
Report

Bakı. 16 mart. REPORT.AZ/ Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un xəbərinə görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəisi polis mayoru Turabi Paşayev vəzifəsindən azad edilib. O, Binəqədi RPİ-nin 7-ci PB-nə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Şahmar Paşayevin oğludur. Ş.Paşayev polisdə tanınmış simalardan olub. O, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37 bölmələrinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.

Son xəbərlər

Orphus sistemi