Ramanada 32 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib

Ramanada 32 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
8 Yanvar , 2020 23:34
Ramanada 32 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlu öz qohumu tərəfindən bıçaqlanıb. 32 yaşlı şəxs aldığı bıçaq xəsarətlərindən hadisə yerində keçinib.

Meyiti xəstəxanaya gətirən mərhumun qardaşı “Report”a açıqlamasında qətli törədən şəxsin dayısı oğlu olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi