Ramanada 17 yaşlı qızı sərnişin avtobusu vurub

Ramanada 17 yaşlı qızı sərnişin avtobusu vurub Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Avqust , 2019 01:36
Ramanada 17 yaşlı qızı sərnişin avtobusu vurub

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 17 yaşlı Vəliyeva Fatimə Marif qızını vurub.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Ona kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi