“Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara münasibət bildirib - VİDEO Bakı. 19 aprel. REPORT.AZ/ “Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.
Hadisə
170
19 Aprel , 2018 11:56
“Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara münasibət bildirib - VİDEO

Bakı. 19 aprel. REPORT.AZ/ “Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

Marketlər şəbəkəsindən “Report”a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil: “Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”.

Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib: “Bunu sübüt edən görüntülər də var”.

Son xəbərlər

Orphus sistemi