Radikal dini qruplaşma yaratmaq istəyən azərbaycanlı Rusiya ərazisindən çıxarılıb

Radikal dini qruplaşma yaratmaq istəyən azərbaycanlı Rusiya ərazisindən çıxarılıb O, öz cinayət fəaliyyətini internet vasitəsilə həyata keçirib
Hadisə
9 Noyabr , 2014 14:00
Radikal dini qruplaşma yaratmaq istəyən azərbaycanlı Rusiya ərazisindən çıxarılıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Rusiyanın Murmansk vilayətində əcnəbilərin federasiya ərazisində qalma qaydalarını pozan 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı tutularaq ölkədən çıxarılıb.

"Report" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə şənbə günü Federal Təhlükəsizlik Xidmətinin regional sərhəd idarəsinin rəsmi nümayəndəsi Liliya Moroz məlumat verib.

"27 yaşlı kişi Murmansk vilayətində radikal islam qruplaşması yaratmağa cəhd göstərib, lakin ona mane olublar", - deyə L.Moroz əlavə edib.

Onun sözlərinə görə, saxlanılan şəxs əvvəl bir dəfə məhkum olunub və o, öz cinayət fəaliyyətini internet vasitəsilə həyata keçirib.

"Hazırda o, Rusiya ərazisindən çıxarılaraq Azərbaycana göndərilib", - deyə L.Moroz qeyd edib.

Rəsmi nümayəndənin sözlərinə görə, daha bir Azərbaycan vətəndaşı Kandalakşi məhkəməsi tərəfindən maaşının 10 faizi tutularaq dövlət büdcəsinə köçürülməklə 1 il 9 ay müddətinə islah-əmək işlərinə məhkum edilib. 29 yaşlı azərbaycanlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi - "Ekstremist fəaliyyətin həyata keçirilməsinə açıq çağırışlar" və "Ədavət və ya düşmənçilik hisslərinin yaradılması"nda müqəssir bilinib. O da həmçinin öz fəaliyyətini internet vasitəsi ilə həyata keçirib.

Son xəbərlər

Orphus sistemi