​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb

​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb Həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb
Hadisə
17 May , 2016 13:09
​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Binəqədi Rayon Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş əməkdaşları “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

“Report”un məlumatına görə, təqdimat təmin olunub və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, həmin şəxslər ötən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

“Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru N.Məmmədov və Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, ötən gün Binəqədi Rayon Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Son xəbərlər

Orphus sistemi