Qəbələdə minik avtomobili yanıb

Qəbələdə minik avtomobili yanıb Alov avtomobilin arxa oturacağı və salonun tavan hissəsini əhatə edib
Hadisə
26 Sentyabr , 2014 14:57
Qəbələdə minik avtomobili yanıb
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın Qəbələ rayonunun Mirzəbəyli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yanıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, alov avtomobilin arxa oturacağı və salonun tavan hissəsini əhatə edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi