Baş həkim: "Zəhərlənənlər evə buraxılıblar" - YENİLƏNİB

Baş həkim: "Zəhərlənənlər evə buraxılıblar" - YENİLƏNİB Qusar rayonunda baş verən kütləvi zəhərlənmnə zamanı xəstəxanaya yerləşdirilən bir ailənin 8 üzvü evə buraxılıb.
Hadisə
16 Dekabr , 2019 10:35
Baş həkim: Zəhərlənənlər evə buraxılıblar - YENİLƏNİB

Qusar rayonunda baş verən kütləvi zəhərlənmnə zamanı xəstəxanaya yerləşdirilən bir ailənin 8 üzvü evə buraxılıb.

Bu barədə "Report"a Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov məlumat verib. 

Baş həkim bildirib ki, zəhərlənənlər ağır vəziyyətdə xəstəxanaya gətirilib: "Xəstəxanada müvafiq tibbi yardım göstərildikdən sonra ailə üzvlərinin vəziyyətləri normallaşıb. Zəhərlənənlərin həyatı üçün heç bir təhlükə yoxdur və onlar bu gün səhər saatlarında evə buraxılıb".


*** 10:25

Qusar rayonunda dekabrın 15-i gecə saatlarında beşi uşaq olmaqla, bir ailənin 8 üzvü qida zəhərlənməsi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

"Report" xəbər verir ki, rayonun Qələcuq kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, 9 yaşlı Lalə, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri göy qutabından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi