Qusarda "VAZ-2115" dərəyə aşıb: ölən var - YENİLƏNİB

Qusarda "VAZ-2115" dərəyə aşıb: ölən var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
9 May , 2017 21:28
Qusarda VAZ-2115 dərəyə aşıb: ölən var - YENİLƏNİB
Courtesy İmage

Qusar. 9 may. REPORT.AZ/ Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti məlum olub. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində avtomobildəki sərnişin, Qusarın Gədəzeyxur kəndinin 38 yaşlı sakini Yaşar Zöhrabbəy oğlu Haqverdiyev ağır xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər Y.Haqverdiyevin həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

*** 21:20

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Köhnə Xudat kəndi ərazisində qeydə alınıb.

Belə ki, Köhnə Xudat kəndindən İmamqulukənd kəndi istiqamətində hərəkət edən "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.

Hadisə zamanı bir nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi