Qusarda toy təşkilatçısı cərimələnib

Qusarda toy təşkilatçısı cərimələnib Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Suvucal kəndində karantin rejim qaydalarının pozulmasının müşahidə olunduğu toy şənliyinin keçirilməsi müəyyən edilib.
Hadisə
251
1 Sentyabr , 2021 09:41
Qusarda toy təşkilatçısı cərimələnib

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Suvucal kəndində karantin rejim qaydalarının pozulmasının müşahidə olunduğu toy şənliyinin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi