Qusarda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Qusarda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır Qusar rayonunda adamöldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır
Hadisə
19 Fevral , 2021 16:46
Qusarda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Qusar rayonunda adamöldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a Qusar Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ötən il oktyabrın 28-i saat 19 radələrində Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Eldarov Ramiz Xeyirbəyoviçin çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Qocayev Amil Nəcmuddin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Ramiz Eldarovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Qocayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi