Qusarda silah satmaq istəyən şəxs saxlanılıb
Hadisə
- 13 yanvar, 2024
- 08:33
Qusarda silah satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər naməlum şəxsin silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ruslan Bayramov saxlanılıb.
Həmin şəxsin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ruslan Bayramovun barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
12:18
Azərbaycan Güləş Federasiyası: "Giorgi Meşvildişvilinin zədəsi ciddi deyil, mundialı buraxmaq riski yoxdur"
Fərdi12:06
"Euromoney" nəşri "Bank Respublika"nı Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı elan etdi
Maliyyə12:04
Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək
Xarici siyasət12:01
Çin və Pakistan yenidən ABŞ və İranı silahlı qarşıdurmanı dayandırmağa çağırıb
Digər ölkələr11:58
"IT SkillSprint" layihəsinin qalib komandası öz startapını inkişaf etdirir
İKT11:57
Qazaxıstan buğda idxalını 6 ay müddətinə məhdudlaşdırıb
ASK11:50
Professor: "IT SkillSprint" məzunları rəqəmsal transformasiyaya ciddi töhfə verəcək"
İKT11:47
Foto
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
İncəsənət11:47