Qusarda rəqsə görə bəyin sağdışını öldürən şəxs: "Yarım butulka araq içmişdim"

Qusarda rəqsə görə bəyin sağdışını öldürən şəxs: "Yarım butulka araq içmişdim" Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
2200
2 Noyabr , 2018 13:35
Qusarda rəqsə görə bəyin sağdışını öldürən şəxs: Yarım butulka araq içmişdim

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Elan olunmuş ittiham üzrə S.Mirzəbəyov özünü təqsirli bildiyini deyib.

Daha sonra mərhum İlqar Qədirovun hüquqi varisi, onun atası İslam Qədirov ifadə verib. O söyləyib ki, həyat yoldaşı ilə boşanıb, özü Qusar rayonunda yaşayır: "Oğlum anası ilə Bakıda qalırdı. Onun 2 azyaşlı övladı var. İlqar Bakıda N saylı hərbi hissədə gizir işləyirdi. Hadisə günü İlqara gecə saat 11 radələrində zəng vurdum ki, gəlib onu evə aparım. Dedi bəyi oynadacaqlar, ondan sonra gələrəm. Gecə 1-in yarısında polisdən mənə zəng etdilər. Dedilər ki, oğlun toyda dava salıb, bölməyə gəlməyimi istədilər. İlqara zəng etdim, telefonunu açan olmadı. Sonra qayınatası ilə danışdım. Bildirdi ki, oğlum öldürülüb və hazırda morqun qabağındırlar. Mən də ora getdim".

İ.Qədirov qeyd edib ki, oğlunun dəfn mərasiminə S.Mirzəbəyovun yaxınları gəlməyiblər.

O, təqsirləndirilən şəxsi bağışlamadığını bildirib.

Təqsirləndirilən S.Mirzəbəyov dindirilən zaman deyib ki, hadisənin baş verdiyi məkan bacısının toy evi olub. Onun sözlərinə görə, İ.Qədirovla aralarında dava rəqs etmək üstündə olub: "Bacım oğlunun toyunda azca - yarım butulka araq içmişdim. Gecə bəy oynayan zaman mən də qoşuldum. Bu zaman mərhum İlqar mənim onlarla oynamağıma irad bildirdi. Mən isə onun dediyinə əməl etmədim və oynamağa davam etdim. Sonra İlqar məni bağa aparıb, orda döydü, təhqir etdi. Səbəbini soruşanda heç nə demədi. Sadəcə mənim onlarla oynamağımı istəmədiyini söylədi. O, məni bağda döyən zaman bizi heç kəs ayırmadı".

S.Mirzəbəyov deyib ki, bağda döyüləndən sonra stolun üstündə olan mətbəxt bıçağını götürüb, mərhumun üstünə gedib: "İlqara bir bıçaq zərbəsi endirdim. Bu zaman toyda olan adamlar üstümə atıldı və bizi ayırdı. Mən də çəpərdən hoppanıb, evimizə getdim. Sonra polislər gəlib məni apardım".

Sualları cavablandıran təqsirləndirilən şəxs vurğulayıb ki, mərhumun həyat yoldaşı onların qohumudur: "Həm də mərhum bacım oğlunun sağdışı idi".

Daha sonra məhkəmədə şahidlər dindirilib.

Məhkəmə iclası davam etdiriləcək.

Qeyd edək ki, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda qətl hadisəsi törədilib. S.Mirzəbəyov Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlayaraq qətlə yetirib. 

Son xəbərlər

Orphus sistemi