Qusarda rəqs etmək üstündə qətl törədən bəyin dayısının məhkəməsi başlayır

Qusarda rəqs etmək üstündə qətl törədən bəyin dayısının məhkəməsi başlayır Bakı. 17 oktyabr. REPORT.AZ/ Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Oktyabr , 2018 13:00
Qusarda rəqs etmək üstündə qətl törədən bəyin dayısının məhkəməsi başlayır

Bakı. 17 oktyabr. REPORT.AZ/ Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, Qusar Rayon Prokurorluğunda araşdırılan ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 26-na təyin edilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Gedəzeyxur kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən toy mərasimi zamanı gecə saat 23:30 radələrində dava düşüb. Xalid adlı kənd sakininin oğlunun toyuna Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Kənd sakinlərinin sözlərinə görə, İ.Qədirovu toyu olan Elnur Babayevin dayısı, 39 yaşlı S.Mirzəbəyov bıçaqlayıb. Mərhum İ.Qədirov bəyin sağdışı olub. Onunla bəyin dayısı S.Mirzəbəyov arasında rəqs etmək üstündə mübahisə düşüb. Mübahisə nəticəsində bəyin dayısı qonağı bıçaqlayaraq qətlə yetirib. 

Son xəbərlər

Orphus sistemi