Qusarda qadın silah oğurladı

Qusarda qadın silah oğurladı Qusar rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
5 Mart , 2020 12:29
Qusarda qadın silah oğurladı
google.az

Qusar rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, qadın evdən həmçinin müxtəlif ev əşyaları ilə birlikdə pul vəsaiti də götürərək qaçıb.   

Qusar Rayon Polis Şöbəsindən (RPŞ) "Report"un Şimal bürosuna bildirilib ki, RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evlərin birindən 300 manat, 1 ədəd xalça, 1 ədəd saat və 1 ədəd “İJ-58” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Aşağı Ləyər kənd sakini Nərminə Hüsen qızı Novruzova saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi