Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əmək
Hadisə
31 Yanvar , 2023 09:13
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

Z.Vəlimətovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi