Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib

Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib Qusarda mağazadan oğurluq edən Bakı sakini həbs edilib.
Hadisə
19 Mart , 2022 12:30
Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib

Qusarda mağazadan oğurluq edən Bakı sakini həbs edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Qusar Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini ona məxsus ərzaq mağazasından qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Zeynalov saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin səhər saatlarında sözü gedən mağazaya girərək oradan 150 manat pul, və 708 manat dəyərində müxtəlif növ siqaretlər, alışqanlar oğurladığı müəyyən edilib.

Qusar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs həbs edilib.

Son xəbərlər

Orphus sistemi