Qusarda keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Qusarda keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib İş hakim Tamella Nəsrullayevanın icraatına verilib
Hadisə
12 Oktyabr , 2016 10:23
Qusarda keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un məlumatına görə, İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə Qusar Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Tamella Nəsrullayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi