Qusarda karantin qaydalarını pozan çay evinin icarədarı həbs edilib
Hadisə
- 28 dekabr, 2021
- 07:16
Qusarda karantin qaydalarını pozan çay evinin icarədarı həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.
Obyektin icarədarı Quba rayon sakini Emin Nəzirov Qusar rayon məhkəməsinin qərarı ilə 8 gün müddətinə inzibati həbs edilib. Çay evində olan digər 5 nəfər şəxs barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.
Son xəbərlər
06:12
Alyaskada 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Digər ölkələr05:57
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Digər ölkələr05:37
Çin Yaponiyaya xəbərdarlıq edib
Digər ölkələr05:07
Orbanın Türkiyəyə səfəri başlayıb
Region04:34
Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ olub
Digər ölkələr04:02
Tramp Zelenskinin sülh sazişini nəzərdən keçirməməsindən məyus olub
Digər ölkələr03:46
Abşeronda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə03:30
Masazırda avtomobil yanıb, ölən və yaralılar var
Hadisə03:15