Qusarda həmyerlisini yaba ilə vuran şəxsin cəzası azaldılıb

Qusarda həmyerlisini yaba ilə vuran şəxsin cəzası azaldılıb Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
28 Yanvar , 2017 14:07
Qusarda həmyerlisini yaba ilə vuran şəxsin cəzası azaldılıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ravil Həmidovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, R.Həmidovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

Qeyd edək ki, cinayət hadisəsi 2016-cı ilin aprel ayının 17-də Qusar aryonun Haçatala kəndində baş verib. Hərbi xidmətdən bir gün əvvəl qayıtmış Qusarın Köhnə Xudat Qazmalar kənd sakini, 1996-cı il təvəllüdlü R.Həmidov Haçatala kənd sakini, 1994-cü il təvəllüdlü Ruslan Cinnətovun qarın nahiyəsinə bir dəfə yaba ilə vuraraq sonuncuya ağır xəsarət yetirib.

Daha sonra R.Həmidov Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yaba xəsarəti alan R.Cinnətov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında mualicə olunaraq, evə buraxılıb.

R.Həmidov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi