Qusarda dələduzluqla məşğul olan şəxs tutulub - FOTO

Qusarda dələduzluqla məşğul olan şəxs tutulub - FOTO O, yerli sakinlərə 3652 manat maddi ziyan vurmaqda ittiham olunur
Hadisə
18 Noyabr , 2017 18:45
Qusarda dələduzluqla məşğul olan şəxs tutulub - FOTO
Report

Qusar. 18 noyabr. REPORT.AZ/ Qusar rayonu ərazisində fərqli vaxtlarda ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vurmuş şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan "Report"un Şimal bürosuna verilən məlumata görə, bu, Qusar Rayon Polis şöbəsi (RPŞ) əməkdaşlarının “isti izlər”lə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Qusar rayon Cibir kənd sakini Məhəmməd Qurbanov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib. Barəsində aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, avqustun 7-də Qusar rayon Gedəzeyxur kənd sakininə məxsus 4500 kq buğdanı 1800 AZN-ə razılaşdıraraq alıb, lakin sonra ona pulu ödəməyərək dələduzluq edib. Sözügedən şəxs avqustun 8-də isə rayonun İmamaqulukənd kəndində yenə həmin üsulla kənd sakini aldadaraq, 2840 kq buğdanı 852 AZN alaraq pulu ödəməkdən boyun qaçırıb. Sonda isə 17 sentyabr tarixində rayonun Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 AZN dəyərində bir baş inəyi alaraq pulunu mənimsəyib. Ümumilikdə kənd sakinlərinə 3652 AZN maddi ziyan vurulub.

Faktla bağlı M.Qurbanovla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi