Yuxarı

Qusarda 61 yaşlı kişi itkin düşüb - FOTO

Qusarda 61 yaşlı kişi itkin düşüb
Onun əqli cəhətdən qüsurlu olduğu bildirilir

Qusar rayonunda 61 yaşlı kişi itkin düşün.

Bu barədə "Report"un Şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, rayonun Caqar kənd sakini, 61 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu cari ilin iyun ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Nəriman Ərzimanovun əlamətləri belədir: Boyu 162 sm., yumru sifətli, qəhvəyi qısa saçlı, gözlərinin rəngi qonur, dolu bədən quruluşlu, hər iki qolları əyridir.

N.Ərzimanov əqli cəhətdən qüsurludur. Evdən çıxan zaman onun əynində qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi