Qusarda 57 yaşlı qadın sirkə turşusu içib

Qusarda 57 yaşlı qadın sirkə turşusu içib Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir
Hadisə
16 Dekabr , 2016 20:15
Qusarda 57 yaşlı qadın sirkə turşusu içib

Qusar. 16 dekabr. REPORT.AZ/ Qusar rayonunda 57 yaşlı qadın sirkə turşusu içib. 

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Həzrə kənd sakini, 1959-cu il təvəllüdlü Gülnaz Abbasova zəhərlənmə diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. 

Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Hüquq-mühafizə orqanları onun sirkə turşusunu qəsdən və ya ehtiyatsızlıqdan qəbul etməsini araşdırır.

Son xəbərlər

Orphus sistemi