Qusarda 254 ədəd çətənə kolu aşkarlanıb - FOTO

Qusarda 254 ədəd çətənə kolu aşkarlanıb - FOTO Qusar rayonunda yabanı halda bitən çətənə kolları aşkarlanaraq məhv edilib.
Hadisə
25 İyul , 2019 10:28
Qusarda 254 ədəd çətənə kolu aşkarlanıb - FOTO

Qusar rayonunda yabanı halda bitən çətənə kolları aşkarlanaraq məhv edilib. 

Bu barədə "Report"un Şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kənd ərazisində yabanı halda bitmiş hündürlüyü 130 santimetrə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi