Qusarda itkin düşən yeniyetmənin transformatorda meyiti tapılıb - FOTO - YENİLƏNİB

Qusarda itkin düşən yeniyetmənin transformatorda meyiti tapılıb - FOTO - YENİLƏNİB Qusar rayonunda itkin düşən 14 yaşlı yeniyetmənin transformatorda meyiti tapılıb.
Hadisə
3 Fevral , 2020 17:57
Qusarda itkin düşən yeniyetmənin transformatorda meyiti tapılıb - FOTO - YENİLƏNİB

Qusar rayonunda itkin düşən 14 yaşlı yeniyetmənin transformatorda meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşən 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ə.Əmrahov həmin transformatora daxil olub, elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.


***15:01 

Qusar rayonunda 14 yaşlı yeniyetmə itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Qusar rayonu, Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ə.Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Əmrahov Əmrah
Əmrahov Əmrah

Son xəbərlər

Orphus sistemi