Qusarda odlu silahla qətlə yetirilən şəxs FHN-in sabiq əməkdaşı olub - YENİLƏNİB

Hadisə
  • 20 avqust, 2024
  • 08:04
Qusarda odlu silahla qətlə yetirilən şəxs FHN-in sabiq əməkdaşı olub - YENİLƏNİB

Qusarda qətlə yetirilən şəxs Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşıdır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Ramiq Radik oğlu Əhmədov əvvəllər FHN-də çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.

19.08.2024 21:57

Qusar rayon sakini qətlə yetirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.

Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.