Yuxarı
    Bağlamaq

    Qusar sakini cərəyan vurması nəticəsində ölüb

    Kənd sakini transformatorda yaranan nasazlığı aradan qaldırmaq istəyib

    Qusar. 26 fevral. REPORT.AZ/ Qusar rayonunda yerli sakin cərəyan vurması nəticəsində dünyasını dəyişib.

    "Report"un Şimal bürosu xəbər verir ki, Yeni Həyat kənd sakini Qədir Ağayev güclü külək nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatorda yaranan nasazlığı aradan qaldırmaq istəyib. Lakin onu cərəyan vurub.

    Hadisə yerinə Qusar rayon Polis şöbəsinin və Prokurorluğunun əməkdaşları cəlb olunub. Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsində müayinə olunub.

    Qədir Ağayevin ölümünün səbəbi Qusar Prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi