Qusar-Şahdağ yolunda "Niva" dərəyə aşıb, 3 nəfər yaralanıb

Qusar-Şahdağ yolunda "Niva" dərəyə aşıb, 3 nəfər yaralanıb Qəza yolun dumanlı və sərt enişli olması səbəbindən baş verib
Hadisə
30 Oktyabr , 2016 21:05
Qusar-Şahdağ yolunda Niva dərəyə aşıb, 3 nəfər yaralanıb

Qusar. 30 oktyabr. REPORT.AZ/ Qusar Şahdağ Qış Yay Turizm Mərkəzinə gedən yolda qəza baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Qusar sakininə məxsus "Niva" markalı avtomobil Qusar-Şahdağ yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayıb.

"Niva" yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Qusar xəstəxanasına aparılan yaralılar, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə yerinə Qusar rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın yolun dumanlı və sərt enişli olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Qusar polisində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi