Quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib Vəkil iki vəsatətlə çıxış edib
Hadisə
6 Yanvar , 2016 11:31
Quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Əsədli və Zahid İsmayılovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Z.İsmayılovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib. O, çıxışında müdafiə etdiyi şəxsin heç bir cinayət əməli törətmədiyini deyib və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləvğ edilməsini istəyib. Bundan başqa, vəkil cinayət işinin tanınmaya dair istintaq protokulu və üzləşməyə dair istintaq sübutlarının xaric edilməsi üçün də məhkəməyə müraciət edib.

Məhkəmə heyəti vəsatətlə tanış olmaq üçün məhkəmənin hazırlıq iclasını yanvarın 8-dək təxirə salıb.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə Dərnəgül qəsəbəsində baş verib. Elnur Əsədli və Zahid İsmayılov qəsəbə ərazisində yerləşən topdan satış mərkəzinə daxil olub. Həmin şəxslər mağazanın satıcısını bıçaqla qorxudaraq külli miqdarda vəsaiti quldurluq yolu ilə ələ keçirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi