Bakıda quldurluq etməkdə təqsirləndirilən dəstə üzvləri məhkəmədə ifadə verib

Bakıda quldurluq etməkdə təqsirləndirilən dəstə üzvləri məhkəmədə ifadə verib Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
4 İyul , 2019 15:31
Bakıda quldurluq etməkdə təqsirləndirilən dəstə üzvləri məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ələddin Muradov, Orxan MəmmədovŞamxal Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Onlar bu ilin mart ayında Binəqədi rayonunda Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq etməklə bədən xəsarətləri yetiriblər. Dəstə üzvləri mənzildən, əsasən, qızıl-zinət əşyaları olmaqla, ümumilikdə, 11 min 376 manatlıq oğurluq ediblər.

Elan olunmuş ittihamla Ələddin Muradov və Orxan Məmmədov özünü qismən təqsirli bilib. Şamxal Həsənov isə özünü təqsirli bilməyib.

Ələddin Muradov və Orxan Məmmədov evə oğurluğa getdiklərini etiraf edib. Amma evdən qeyd edilən məbləğdə pul götürmədiklərini, həmçinin mənzil sahibinə xəsarət yetirmədiklərini deyiblər. Ə.Muradov deyib ki, evdən cəmi 415 manat pul tapıblar.

O əlavə edib ki, Şamxal Həsənov bu işdə günahsızdır və taksi sürücüsü kimi onları ünvana aparıb.

Təqsirləndirilən Şamxal Həsənov da ifadəsində göstərib ki, özünü, sadəcə, cinayəti bilib xəbər verməməkdə günahkar hesab edir.

Proses növbəti həftə davam etdiriləcək. 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsə xəsarət yetirməklə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi