Yuxarı

​Quldurluq etməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib

Bakı. 3 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ülvi Müslümovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci ilin oktyabr ayının 6-da Səbail rayon ərazisində Bakı şəhər sakini Ü.Müslümov Elməddin Nərimanlının mobil telefonunu quldurluq yolu ilə alıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Müslümov tutulub. Araşdırma zamanı məlum olub ki, həmin şəxs digər soyğunçuluq hadisələri də törədib.

Ü.Müslümov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il aprel ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ü.Müslümov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi