Quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
2 May , 2016 11:42
Quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Rauf İsmayılovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən il Səbail rayonu Badamdar qəsəbəsində baş verib. Sərxoş vəziyyətdə olan R.İsmayılov dostu Vladimir Piskumun evinə gedib. O, əlindəki taxta ilə dostunun arvadı Vera Piskumun boğazına dirəyərək ev sahibindən 21 manat pul alıb. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov həbs edilib.

O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib. 

Son xəbərlər

Orphus sistemi