Quldurluq edən sabiq polis əməkdaşı apelyasiya şikayəti verib

Quldurluq edən sabiq polis əməkdaşı apelyasiya şikayəti verib Quldurluqda təqsirli bilinərək azadlıqdan məhrum edilən keçmiş polis əməkdaşı Şaban Məmmədov barəsindəki hökmdən apelyasiya şikayəti verib.
Hadisə
20 İyul , 2019 17:29
Quldurluq edən sabiq polis əməkdaşı apelyasiya şikayəti verib

Quldurluqda təqsirli bilinərək azadlıqdan məhrum edilən keçmiş polis əməkdaşı Şaban Məmmədov barəsindəki hökmdən apelyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatında olan iş üzrə ilkin baxış iclası iyulun 22-də keçiriləcək.

Qeyd edək ki, Ş.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib.

Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.

Xatırladaq ki, Ş.Məmmədov daha əvvəl polis əməkdaşı olub.

Son xəbərlər

Orphus sistemi