Yuxarı
    Bağlamaq

    “Questnet LTD” şirkətinin əməkdaşları məhkəmə zalında həbs ediliblər

    Hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum olunub

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs ediliblər.

    Qeyd edək ki, "Questnet LTD" şirkətinin əməkdaşları olan - X.Xalıqova və E.Həsənova 15-ə yaxın vətəndaşın ümumilikdə 65 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadınlar barəsində polisin nəzarəti altına vermə tədbiri seçilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi