Qəzada "VAZ-2106" bu vəziyyətə düşdü - FOTO

Qəzada "VAZ-2106" bu vəziyyətə düşdü - FOTO Quba rayonunda üç nəfərin xəsarət alınması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 İyul , 2021 13:42
Qəzada VAZ-2106 bu vəziyyətə düşdü - FOTO
0 : 00
0 : 00

Quba rayonunda üç nəfərin xəsarət alınması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Atuc kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi