Qubada yük maşını yanıb - FOTO

Qubada yük maşını yanıb - FOTO Yanğının başvermə səbəbləri araşdırılır
Hadisə
27 Oktyabr , 2017 20:39
Qubada yük maşını yanıb - FOTO
Report

Bakı. 27 oktyabr. REPORT.AZ/ Quba rayonunda yük maşını yanıb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndi ərazisində baş verib.

Belə ki, Bakı-Quba yolunun 145-ci kilometrliyində mişar daşı ilə yüklü dövlət qeydiyyat nömrə nişanı 40-BP-285 olan "Ford" markalı yük maşını paytaxtdan rayona gələrkən yanmağa başlayıb. Yanğını hiss edən sürücü, Quba rayonu, Nügədi kənd sakini Mikayıl Əzizağa oğlu Yehyayev dərhal maşından yerə atılıb.

Məlumata görə, yanğın zamanı sürücü heç bir xəsarət almayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi