Qubada yük avtomobili piyadanı vurub

Qubada yük avtomobili piyadanı vurub Quba rayonunda piyadanı avtomobil vurub.
Hadisə
29 Noyabr , 2019 17:28
Qubada yük avtomobili piyadanı vurub

Quba rayonunda piyadanı avtomobil vurub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Shachman" markalı yük avtomobili yolu keçən piyada Mehman Əhmədovu vurub. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi