Qubada yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Qubada yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb Quba rayonu Üçkün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.
Hadisə
15 Dekabr , 2024 22:07
Qubada yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Quba rayonu Üçkün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Bu barədə “Report”un Şimal bürosunun sorğusuna cavab olaraq Quba Rayon Mərkəzi Xəstəxanasının ictimayyətlə əlaqələr üzrə məsul şəxsi Aynur Seidova bildirilib.

Onun sözlərinə görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan üç nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“1985-ci il təvəllüdlü şəxsə bədənin bir neçə nahiyələrinin yumşaq toxumalarının küt travması, 1978-ci il təvəllüdlü şəxsə boyunun və döş qəfəsinin yumşaq toxumalarının küt travması, 1977-ci il təvəllüdlü şəxsə isə göz qapağının və qaşın kəsilmiş açıq yarası diaqnozu təyin olunub. Hazırda Təcili Tibbi Yardım bölməsində müalicələri davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”.

Qeyd edək ki, yol qəzasında bir nəfərin isə hadisə yerində ölüm faktı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi