Yuxarı

Mərhum deputat Yevda Abramov dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB-3

​Qubada Yevda Abramovla vida mərasimi başlayıb

Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.


***12:42

Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində Milli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, vida mərasimində respublikanın dövlət və ictimai xadimləri iştirak edib.

Mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.


***12:00 

Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində Milli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi keçirilir.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, vida mərasimində respublikanın dövlət və ictimai xadimləri iştirak edir. 

Mərasimdən sonra mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.


***11:08

Milli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçiriləcək.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, vida mərasimində iştirak etmək üçün paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimləri Qubaya gəlib.

Vida mərasimi bu gün saat 12:00-da B.Səfəroğlu adına Quba mədəniyyət evində keçiriləcək.

Mərasimdən sonra mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi