Qubada yağan qarın törətdiyi fəsadlar aradan qaldırılıb - FOTO - VİDEO

Qubada yağan qarın törətdiyi fəsadlar aradan qaldırılıb - FOTO - VİDEO Quba. 18 yanvar. REPORT.AZ/ Quba rayonunda yağıntı kəsib, yollarda gediş-gəliş normaldır.
Hadisə
18 Yanvar , 2019 14:35
Qubada yağan qarın törətdiyi fəsadlar aradan qaldırılıb - FOTO - VİDEO

Quba. 18 yanvar. REPORT.AZ/ Quba rayonunda yağıntı kəsib, yollarda gediş-gəliş normaldır.

Bu barədə "Report"un Şimal bürosuna Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı Quba Yol İdarəsindən və Daxili İşlər Nazirliyinin Quba Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Belə ki, ötən gün Qubada yağan qarın hündürlüyü külək səbəbindən maksimum 10 santimetrə çatıb. Quba-Xınalıq yolunda isə qarın hündürlüyü 7-10 santimetr olub.

Quba-Qonaqkənd yolunda və digər avtomobil yollarında qabaqlayıcı tədbirlər nəticəsində təhlükəsizlik təmin olunub. Yollara qum və duz səpilib, təhlükə törədən ağacların budanması işi aparılıb.

Quba Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Quba-Xınalıq yolunda sürüşüb yoldan çıxmış avtomobilin xanım sürücüsünə yardım edib və maşını yola çıxarıb.

Hazırda avtomobil yollarında hərəkətdə problem yoxdur.

Son xəbərlər

Orphus sistemi