Qubada xəstəlikdən tələf olan mal-qara basdırılmayıb - FOTO - VİDEO

Qubada xəstəlikdən tələf olan mal-qara basdırılmayıb - FOTO - VİDEO Sakinlərinin 10-a yaxın iribuynuzlu mal-qarası xəstəlikdən tələf olub
Hadisə
20 İyun , 2016 17:46
Qubada xəstəlikdən tələf olan mal-qara basdırılmayıb - FOTO - VİDEO

Quba. 20 iyun. REPORT.AZ/ Quba rayonunun Buduq kəndində mal-qara arasında kütləvi xəstəlik yayılıb. "Report"un Şimal bürosunun məlumatına görə, kənd sakinlərinin 10-a yaxın iribuynuzlu mal-qarası xəstəlik səbəbindən tələf olub. İlk dəfədir belə halla rastlaşan kənd sakinləri heyvanların yoluxduğu virusun hansı xəstəlik olduğunu bilmədiyini bildiriblər. 

Yayılan xəstəliklə bağlı rayon Baytarlıq İdarəsinə məlumat verilib. İdarənin əməkdaşları mal qaraya baxış keçirib, laborator nümunələr götürülüb. 

Kənd Təsərrüfatı Nazirliyi  yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindənin əməkdaşları tərəfindən Buduq kəndində heyvanlara yoluxmuş xəstəliklə bağlı araşdırmalara başlanılıb.

Quba Rayon Baytarlıq İdarəsinin rəisi əvəzi Nadir Becanovun sözlərinə görə, götürülmüş nümunələrin cavabından sonra xəstəliyin səbəbi dəqiq bilinəcək: "Mal-qaraya dabaq xəstəliyinə görə, vaksin vurulub. Bu səbəbdən də heyvanların həmin xəstəliyə yoluxma ehtimalı mümkünsüzdür".

Xəstəlikdən tələf olunan iribuynuzlu heyvanlar baytarlıq idarəsinin əməkdaşları tərəfindən dizenfeksiya olunmalı və basdırılmalı idi. Lakin bu prosedur həyata keçirlməyib. İdarənin rəis əvəzi tələf olan mal-qaranın basdırılmamasını kənd sakinlərinin həmin mal-qaraların sahibləri tərəfindən gizlətməsi ilə əlaqədar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi