Yuxarı

Quba və Xaçmazda yüzlərlə ev quşu kütləvi şəkildə tələf olub - FOTO - VİDEO

Baytarlıq idarəsinin müdiri: Bu xəstəlik ev quşlarına düşən kimi sürətlə yayılır

Bakı. 16 aprel. REPORT.AZ/ Qubada yüzlərlə ev quşu kütləvi şəkildə tələf olub. "Report" xəbər verir ki, quşların kütləvi tələfatı Qubanın Amsarqışlaq, Barlı, Bağbanlı, Hacıhüseyinli, Alekseyevka, İqrıq, Qam-qam, Rustov, Hacıqayıb, Ərməki, Yelenovka kəndlərində və Zərdabi qəsəbəsində, həmçinin Xaçmaz rayonunun bir çox kəndlərdə də qeyd alınıb. 

Ölü quşlar laboratoriyada müayinə edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Quba rayon Baytarlıq İdarəsinin Zərdabi sahə baytarlıq məntəqəsinin müdiri Cümşüd Nemətov "Report"a açıqlamasında bildirib ki, bu xəstəlik iki həftədir sürətli yayılır: "Bu səbəbdən xəstəliyə tutulan toyuqlar Quba zona baytarlıq laboratoriyasında laboratoriyadan keçirilib". 

Onun sözlərinə görə, laborator yoxlamaların nəticəsində məlum olub ki, quşlar "mədə-bağırsaq iltihabı" xəstəliyinə yoluxub: "Bu xəstəlik ev quşlarına düşən kimi sürətlə yayılır. Xəstəliyə yoluxandan sonra müalicənin effekti olmur. Xəstəlikdən qabaq toyuqlar müalicə olunmalıdırlar".

Baytar həkim qeyd edib ki, xəstəliyə yeni yoluxan ev quşlarını kəsib yemək olar: "Ancaq 70 dərəcədə suda qaynadıldıqdan sonra toyuqların ətini yemək məsləhətdir. Xəstəlikdən ölən ev quşları isə 80 sm dərinlikdə basdırılmalıdırlar". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi