Qubada üç uşaq atasını öldürən şəxsə hökm oxunub

Qubada üç uşaq atasını öldürən şəxsə hökm oxunub Yusif Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
24 May , 2017 13:09
Qubada üç uşaq atasını öldürən şəxsə hökm oxunub

Bakı. 24 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç uşaq atası olan qohumunu öldürməkdə təqsirləndirilən Yusif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Y.Babayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hasidə 2016-cı ilin noyabr ayında Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb. O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib.

Bıçaqlanaraq öldürülən R.Məmmədov 3 uşaq atasıdır.

Son xəbərlər

Orphus sistemi