Bakı. 27 sentyabr. REPORT.AZ/ Quba şəhərinin Heydər Əliyev prospektində yerləşən bir neçə evdə güclü yanğın baş verib.
"Report" xəbər verir ki, yanğın nəticəsində 3 ev tam olaraq yanıb, daha iki evin dam örtüyünə ziyan dəyib.
Hadisə yerinə
Yanğın yerinə Quba rayon Polis şöbəsinin rəisi Telman Ağasiyev də gəlib.
Hadisə nəticəsində Zəbi Nəcəfov, Nadir Əmirxanov, Səlim Həmidovun evi tam, Faiq Həmidov və Qaflan Ömərovun mənzili isə qismən yanıb.












