Qubada toy karvanında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Qubada toy karvanında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB Qubada toy karvanında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
1 Avqust , 2019 15:32

Qubada toy karvanında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qələdüz kəndi ərazisində baş verib.

Şadlıq sarayı istiqamətində hərəkət edən toy karvanının önündə gedən "Niva" markalı avtomobilə qarşı tərəfdən yüksək sürətlə gələn "VAZ-2107" markalı avtomobil çırpılıb. Nəticədə, 2-si qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar, rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri- Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyevdir (1992).

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 15:18

Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. 

Şadlıq sarayına gedən toy karvanının önündə gedən "Niva" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi