Bakı. 20 avqust. REPORT.AZ/ Quba rayonunda məişətdə istifadə edilən təbii qaz balonu partlayıb.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Təngəaltı kəndində baş verib.
Belə ki, Mahir Məhəmməd oğlu Həsənova məxsus 4 otaqlı evdə qaz balonu partlaması nəticəsində yanğın çıxıb. Nəticədə ev tamamilə yanıb, 38 yaşlı ev sahibi M.Məmmədov isə yanıq xəsarəti alıb. Evdən heç bir əşyanı çıxartmaq mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən maşını və canlı qüvvəsi, həmçinin Quba rayon polis şöbəsinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.