Yuxarı
    Bağlamaq

    ​Qubada sürücü şəkil çəkərkən maşınla birgə dağdan çaya düşüb - FOTO

    Avtomobil tros vasitəsi ilə çaydan çıxarılıb

    Quba. 29 iyul. REPORT.AZ/ Bakı şəhər sakini Qubada qəribə yol qəzasına uğrayıb.

    "Report"un Şimal bürosu xəbər verir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Qəhrəmanov Ramin İsmayıl oğlu "10-TD-057" dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobilində ikən şəkil çəkmək istəyib və bu zaman maşını ilə birgə dağdan təqribən 200 metr aşağı yuvarlanaraq çaya düşüb.

    Hadisə Quba-Xınalıq yolunun 31-ci km-də baş verib. Hadisə yerinə "QAZ-66" markalı avtomobil cəlb olunub və avtomobil tros vasitəsi ilə çaydan çıxarılıb. Sürücü yüngül üz nahiyəsindən yüngül xəsarət alıb. Hadisə yerinə Quba rayon Polis şöbəsinin əməkdaşları gəlib və maşın polis şöbəsindəki duracağa aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi