Qubada süni göldə batan ahıl kişinin meyiti tapıldı - YENİLƏNİB

Qubada süni göldə batan ahıl kişinin meyiti tapıldı - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dö
Hadisə
25 İyul , 2020 19:15
Qubada süni göldə batan ahıl kişinin meyiti tapıldı - YENİLƏNİB

Quba rayonunun Vəlvələ kəndində, süni göldə batdığı ehtimal olunan 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun axtarışları başa çatıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən  xəbər verir.

S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

18:44

Quba rayonunun Vəlvələ kəndində yerləşən süni göldə boğulma hadisəsi baş verib. 

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən  xəbər verir.

Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi