Qubada 112 sürücü barəsində inzibati tədbirlər görülüb

Qubada 112 sürücü barəsində inzibati tədbirlər görülüb Qubada sərxoş sürücülər aşkarlanıb.
Hadisə
6 Fevral , 2023 10:38
Qubada 112 sürücü barəsində inzibati tədbirlər görülüb

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı nəzarət-profilaktiki tədbirlər kərçivəsində 112 sürücü barəsində inzibati tədbirlər görülüb. Onların arasında sərxoş sürücülər də var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bununla yanaşı tədbir zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb. Həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib.

"Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmini məqsədini daşıyan bu cür profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi