Bakı
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsə dövlət hesabına vəkil təyin edilib.
Mahiyyəti üzrə baxış iclası noyabrın 18-də keçiriləcək.
Qeyd edək ki, M.Əmrahlı bu il aprelin 1-də Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimovun evinə basqın edən dəstə üzvlərindən biridir.
Dəstə üzvləri ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.
Quldurluq hadisəsini törətməkdə ittiham edilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov, Ülvi Əmirov və Məhəmməd Tağıyev saxlanılıblar. Onların cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılılır.
Daha sonra cinayətkar dəstənin digər üzvü kimi axtarışa verilən Şəki şəhər sakini, Əmrahlı Mustafa Mehman oğlu da saxlanılaraq istintaqa cəlb edilib.